07.02.2022
Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı kitabxana filialı 07.02.2022-сi il Azərbaycanın Milli Qəhrəmanı İbrahimov Mübariz Ağakərim oğlunun anadan olmasının ildönümü ilə əlaqədar “Sən ananın gözündəki əbədi qürurusan” başlığı altında “anım günü” keçridi. Kitabxanamızda Milli Qəhrəman Mübariz İbrahimovla bağlı sərgi təşkil edilmişdi. Sərgidə Mübariz İbrahimova həsr edilmiş kitablar və milli qəhramanlarımızın fotoşəkilləri nümayiş etdirilmişdir. Kitabxanaçı Əliyeva İlhamə Mübariz İbrahimovun keçdiyi döyüş yolu və sərgi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.Mübariz ona qoyulan adı doğrultdu. Adının möhtəşəmliyini qorudu və ucaltdı. Mübariz üçün Vətən hər şeydən üstün, hər şeydən qiymətli, hər şeydən uca oldu. Hər dəfə sevgidən söz düşəndə deyərdi ki, mənim vurğunu olduğum Vətəndir! Vətən torpağı düşmən tapdağındadır, son nəfəsimiz işğalı sona yetirməlidir. Xalqımızın şanlı tarixi çoxlu sayda qəhrəmanlıq səhifələri ilə zəngindir. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Şəhidlər xalqın kimliyini, mənliyini qoruyub işıqlı sabahımıza boylanan azadlıq pöhrələri, yüksəlişə, ucalığa can atan könül dünyamızdır. Heç kimə bənzəmədən öz ömrünü ömürlərə - Vətənə bağışlayan oğullardı qəhrəmanlar. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, vüqarı, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi. Ömrünün gənc yaşında 22 yaşında (1988-2010) 19 iyun 2010- cu il tarixində gecə saat 23:30 radələrində düşündüyü əməliyyata yerinə yetirərkən qəhrəmancasına həlak olmuşdur.Allah bütün şəhidlərimizə rəhmət eləsin.